Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir gecəyə mədəltı vəzi sıradan çıxaran yemək

  • 2024.01.08 17:04
  • 1297 Baxış
Bir gecəyə mədəltı vəzi sıradan çıxaran yemək

Yeni il və bayramlar ərəfəsi insanlar birdəfəyə çox müxtəlif qidalar yeyir. Yağlı yeməkləri alkoqolla qəbul edir.


Belə hallarda ciddi pozulmalar yarana bilər, hətta insan xəstəxanaya da aparıla bilir.

“Medicina” xəbər verir ki, hepatoloq Sergey Vyalov birgecəyə mədəaltı vəzi sıradan çıxara bilən yeməyi açıqlayıb.

“O insan ki, süfrədə hər kəsdən çox, axıra kimi oturur, çoxlu yağlı, mayonezli, souslu qidalar, toyuq, ət yeməklərini alkoqolla içir.

Bu zaman kəskin pankreatit baş verir. Bu çox ağır xəstəlikdir, cərrahi müdaxilə tələb edə bilər. Pankreatin səbəbi yağla alkoqolun qarışdırılmasıdır.


Mədəaltı vəz lazımi qədər ferment hasil etməyəndə bu siqnalları verir: qarında sancı, köp, tualetdə problem, baş ağrısı və s.

Pankretitin müalicəsini təxirə salmayın. Bu, zarafat deyil. əgər orqanın toxuması çapıqlaşsa, artıq xilas mümkün deyil”.


Aygün