Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir gecə suda saxlayıb içsəniz... – QOZ SUYUNUN FAYDALARINA İNANMAYACAQSINIZ

  • 2019.05.24 11:53
  • 25758 Baxış
Bir gecə suda saxlayıb içsəniz...  – QOZ SUYUNUN FAYDALARINA İNANMAYACAQSINIZ

Qoz olduqca xeyirlidir. Ona görə də mütəxəssislər tez-tez faydaları haqqında məlumatlar verirlər. Bir stəkan suyun içinə bir ədəd qoz qoyub bir gecə saxlayın. Daha sonra isə orqanizmdə nələrin baş verəcəyinin şahidi olacaqsınız.

 

 

Medicina.az bu möcüzəvi bitkinin faydaları haqqında məlumatları təqdim edir.

Qoz suyunun faydaları:

 

 

 
- Həzm sistemini yaxşılaşdırır. Qəbizliyi aradan götürür. Qaz  və şişkinlik kimi problemlərin ən yaxşı həll yoludur. - Menstruasiya zamanı yaranan ağrıları yüngülləşdirir - Südverən qadınlar və ya hamilələr üçün də məsləhətlidir. Belə ki, südverən analar bu zaman qoz suyu içsələr, süd vasitəsi ilə bütün lazımı vitaminlər körpəyə ötürülür. - Hamiləlik ərəfəsində kökəlməni əngəlləyir. - Tərkibindəki vitaminlər sayəsində beynin funksiyasını  gücləndirir. Beləliklə, Altsheymer kimi beyin xəstəlikləri riskini azaldır. - Qoz suyu arıqlamağa kömək edir. Tərkibindəki zülallar sayəsində bədəndə olan yağlar yandırılır. Maddələr mübadiləsini sürətləndirir, buna görə də arıqlamaq istəyənlərin hər gün ac qarına bir stəkan qoz suyu içməsi zəruridir. - Qalxanvari vəzi üçün qoruyucu rolunu oynayır. - Dərinin zərif olmasına, möhkəmlənməsinə  və sağlam görünməsinə təkan verir. Sızanaq  kimi dəri problemlərinin müalicəsində istifadə edilir. - Dırnaqların və saçların güclənməsinə kömək edir. - Qoz suyu yuxu problemi yaşayanlar üçün ən əlverişli üsuldur. Yatmazdan əvvəl bir stəkan içsəniz, daha rahat yuxuya gedəcəksiniz. - Yorğunluq, gərginlik, halsızlıq kimi narahatlıqları azaldır. Nəticədə isə gündəlik iş əmsalınıza müsbət təsir edir. - Xolesterolu balansda saxlayır. Ürək-damar xəstəlikləri üçün vacib köməkçi vasitədir. Tərkibindəki fol turşusu, omega-3 ve maqnezium kimi vitaminlərlə ürək tutması riskini minimuma endirir. - Qan şəkərini, damarlarda qanın fəaliyyətini nizamlayır. Beləliklə, özünüzü daha enerjili və dinc hiss edəcəksiniz. Bir gecə suda saxlayıb içsəniz...  – QOZ SUYUNUN FAYDALARINA İNANMAYACAQSINIZ