Alimlər yeni araşdırma ilə məşhur qəhvə içkisinin Alzheimer kimi neyrodegenerativ xəstəliklərə qarşı qoruyucu fəaliyyətini sübut edib.
“Medicina” xəbər verir ki, Espressonun tərkibində olan birləşmələr Alzheimer xəstəliyinin inkişafının qarşısını almağa kömək edə bilər.
Alzheimer xəstəliyinə səbəb olan dəqiq mexanizmlər hələ də aydın olmasa da, mütəxəssislər tau adlı zülalın əsas rol oynadığına inanırlar.
Espresso qəhvəsi dünyanın ən məşhur içkilərindən biridir. Bu içki normada istehlak edildikdə, bioloji xüsusiyyətlərinə görə insan sağlamlığına faydalı təsir göstərə bilər.
Çoxsaylı tədqiqatlar göstərir ki, orta dərəcədə və bəzən hətta yüksək qəhvə istehlakı ən çox yayılmış iki neyrodegenerativ xəstəliklərə, Parkinson xəstəliyi və Alzheimer xəstəliyinə qarşı neyroprotektiv təsir göstərir.
Bu nəzəriyyəni sınaqdan keçirmək üçün tədqiqat qrupu espresso qəhvəsini 40 saat ərzində laboratoriyada tau proteininin kəsilmiş formasına qarşı sınaqdan keçirib.
Tədqiqatçılar espresso ekstraktının konsentrasiyası artdıqca, tau fibrillərinin daha qısa qaldığını və böyük dolaşıqlıqlar əmələ gətirmədiyini müşahidə ediblər. Həmçinin bu kəsilmiş fibrillərin insan hüceyrələri üçün zəhərli olmadığı aşkar edilmişdir.
Günay Quluzadə