Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Bir ətək pul alıb, uşağa səhv diaqnoz qoydular” - Tanınmış naşir tibb mərkəzini biabir etdi

  • 2020.02.18 16:21
  • 24150 Baxış
“Bir ətək pul alıb, uşağa səhv diaqnoz qoydular” -  Tanınmış naşir tibb mərkəzini biabir etdi

Azərbaycanda naşir, yazıçı Müşfiq Xan 5 yaşında qardaşı oğlunun göz müayinəsindən sonra Diaqnoz tibb mərkəzini tənqid edib.


Medicina.az xəbər verir ki, o özəl klinikanı uşağa səhv diaqnoz qoymada suçlayır.
“Diaqnoz Tibb Mərkəzi. Bu xarabanın adını yadda saxlayın. Xəbərdar olun.

5 yaşlı qardaşım oğlunun gözünü müayinəyə bura aparmışdıq. Bir ətək pul alıb, -5 diaqnozu qoydular.

Təcili eynək yazdılar, əlavə nələr təyin etdilər. Qanqaraçılıq. Yaxşı ki, başqa yerdə müayinə olundu. Bu gün məlum olub ki, uşağın gözündə heç bir problem və zəif görmə yoxdur.

Ar olsun belə ləyaqətsiz, savadsız həkimlərə!

Qeyd edək ki, Müşfiq Xan səhv diaqnozu təyin edən həkimin adını hallandırmayıb.