Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir əməliyyatla şəkərdən qurtuldu - 17 il əziyyət çəkib/FOTO

  • 2017.11.29 12:25
  • 24302 Baxış
Bir əməliyyatla şəkərdən qurtuldu -  17 il əziyyət çəkib/FOTO
17 ildir şəkərli diabetdən əziyyət çəkən Mustafa Çakıroğlu cərrahi əməliyyat vasitəsilə xəstəliyindən azad olub.


Medicina.az xəbər verir ki, Türkiyənin Samsun şəhərində əməliyyat olunan şəxs əvvəl istifadə etdiyi dərmanlardan artıq rahatlıqla imtina etdiyini və ideal kilosuna geri döndüyünü açıqlayıb. 


"Mənim kimi şəkər xəstəsi olanlar qorxmasınlar. Əməliyyatla bunun çarəsi var. Artıq dərmanlardan istifadə etmirəm. Özümü yaxşı hiss edirəm”,- deyə Çakıroğlu bildirib. 


Əməliyyatı həyata keçirən cərrah Kərim Gözəl prosedurun hansı formada aparıldığı barədə danışıb:


"Şəkər xəstəliyinin ilkin ərəfəsində müalicə dərmanlar vasitəsilə aparılır. Daha sonra insulindən istifadə edilir. Ancaq bu zaman xəstə idman hərəkətlərini daimi etməlidir. Dərman, insulinlə nəzarət altına alına bilməyən, 2-ci tip şəkər xəstələrində cərrahi əməliyyat vasitəsilə qan şəkəri normal həddə çatdırılır. Əməliyyatı edəcək cərrah, laparoskopik cərrahiyə həkimi olmalıdır. Əməliyyatları qapalı ortamda həyata keçirdirik”.


Həkim hər şəkər xəstəsinin bu əməliyyat üçün uyğun olmadığını da qeyd edərək vacib məqamlardan bəhs edib: "Burada vacib nüans, şəxsin 2-ci tip şəkər xəstəsi olmasıdır. İnsülin hormonu istehsal edə biləcək yetərli sayda hüceyrə olmalıdır. Belə xəstələr əməliyyat olunduğu zaman uğur əldə etmək şansı 85-90 faizdir”.

 

Bir əməliyyatla şəkərdən qurtuldu -  17 il əziyyət çəkib/FOTO