Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir dəfə spirtli içki 4 həftə təzyiqi qaldırır – Qadağa siyahısı

  • 2023.04.25 12:38
  • 4890 Baxış
Bir dəfə spirtli içki 4 həftə təzyiqi qaldırır  – Qadağa siyahısı
Bir dəfə içmək 4 həftə təzyiqi qaldırır

"Spirtli içkilər hipertoniya xəstələrinin sağlamlığı üçün ciddi risk yaradır. Hətta elə alkoqollu içkilər var ki, onlardan tamamilə istifadə olunmamalıdır".

“Medicina” xəbər verir ki, rusiyalı endokrinoloq Antonia Quriyeva belə düşünür.

Onun fikrincə, uzun müddət həddindən artıq spirtli içki qəbulu yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün təhlükəlidir:

"Kişilərin həftədə 21, qadınların isə14 ədəddən çox alkoqollu içki qəbulu limiti aşmaq deməkdir. Həddindən artıq alkoqol içilməsi qan təzyiqini kəskin şəkildə artıra bilər. Mütəmadi alkoqol qəbulunun qarşısını alsanız, qan təzyiqinin artması müvəqqəti xarakter daşıyacaq. Həddindən artıq çox içməyin qan təzyiqinə təsiri 4 həftəyə qədər çəkə bilər.

Endokrinoloqun fikrincə, əhəmiyyətli olan içkinin növü deyil, miqdarıdır:

Qarışıqları olan bəzi spirtli içkilərin kalorisi daha yüksəkdir. Bu da çəki artımına səbəb olmaqla yanaşı təzyiqi də qaldırır".

Yüksək qan təzyiqi üçün risk faktorları:

Piylənmə
Çox duzlu yemək

Çox spirtli içki və ya qəhvə içmək
Siqaret çəkmək

Kifayət qədər yuxu almamaq
Yaşı 65-dən yuxarı olmaq

Sağlam həyat tərzində dəyişikliklər etmək bəzən yüksək qan təzyiqinin yaranmasını azaltmağa kömək edir.

Günay Quluzadə