Avropa və Rusiyada epidemiya həddinə çatmış qrip səbəbindən insanlar adi soyuqdəymə halında belə apteklərə gedərək qrip əleyhinə dərmanlar, immunomodulyayorlar alırlar.
Mütəxəssislərin fikrincə, qrip üçün satılan preparatların 90%-i faydasızdır. Bu hələ yaxşı haldır. Əsas problem ondadır ki, populyar immunmodulyatorlar orqanizmə saysız zərərlər vura, hətta onko hüceyrələri oyada bilər.
Medicina.az xəbər verir ki, bunu rusiyalı onkoimmunoloq, elmi şöbənin rəhbəri İrina Baldueva deyib.
Onun sözlərinə görə, immunomodulyatorlar orqanizmdə hələ normal yetişməmiş hüceyrələrə də təsir edərək onları aktivləşdirir. Bu isə təbii qanunlara ziddir. Hüceyrələrin yetişlənlik tsiklinə belə müdaxilə bir çox onko hüceyrələri də aktivləşdirib, böyüdüb, xərçənc xəstəliyi yarada bilər.
Hazırda yeni nəsil virus əleyhinə preparatlar içərisində effektivliyi sübut olunan yeganə preparat Tamiflyudur. Yerdə qalan bütün digər dərmanları qrip və virus əleyhinə qəbul etməyin faydası yoxdur.