Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bir çox hallarda şəxs hemofiliya xəstəsi olduğunu bilmir" - Ayaz Hüseynov

  • 2019.04.12 09:50
  • 7553 Baxış
"Bir çox hallarda şəxs hemofiliya xəstəsi olduğunu bilmir" -  Ayaz Hüseynov
 

"Son zamanlar hemofiliyalı xəstələr arasında ölüm halları qeydə alınmayıb. Yəni bu xəstəliyə görə, xəstəxanada yatıb, dərman qəbul edən şəxslər dünyalarını dəyişməyiblər. Adətən leykoz xəstəliyi və qəza zamanı bu cür bədbəxt hadisələr baş verir".


Medicina.az bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sədrinin müavini Ayaz Hüseynov deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə hemofiliyalı 1-5 yaşlı uşaqların sayı 95-dən çoxdur: "Ümumilikdə isə deyə bilərəm ki, 1-15 yaşlı hemofiliyalı xəstə uşaqlar ümumi xəstələrin 21 faizini təşkil edir".


Kiminsə hemofiliya xəstəsi olmasını bilməməsi isə bəzən bədbəxt olaylara da səbəb olur: "Bəzən olur ki, şəxs hemofiliya xəstəsi olduğunu bilmir. Amma etiraf edim ki, ana ölümlərində hemofiliya xəstəliyinin də rolu danılmazdır. Çünki belə olan halda dərhal müdaxilə edilməzsə, xəstə dünyasını dəyişə bilər. Adətən qadının hemofiliya xəstəsi olduğu məlum olduqda doğuş öncəsi onun qanını bir daha yoxlayırıq və lazım olan preparatı doğuş şöbəsinə veririk".


Qeyd edək ki, hemofiliya qanın laxtalanma funksiyasının pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu xəstəlik zamanı güclü qanaxma baş verir.