Müasir uşaqlarda rast gəlinən hiperaktivlik, çılğınlıq, “vəhşilik”, diqqət yayqınlığının əsas səbəbkarı valideynlərdir.
“Medicina” xəbər verir ki, məşhur rusiyalı həkim Valeri Sinelnikov ər-arvad arasında olan nifrətin uşaqda xəstəlik yaratdığını deyib.
“Uşaqların əsəbi, çılğın olmasının səbəbi ata-ananın öz uşaqlarına qarşı diqqət və məhəbbətinin ifadəsinin çatışmazlığıdır.
Belə valideynlərdə uşağın doğulmadan məhv edilməsi proqramı durur.
Məsələn, abortlar, istənməyən hamiləlik, hazır olmamaq, bir-birinə nifrət və s.
Ər-arvad arasında bir-birinə inciklik, nifrət, irad, tənqid, inciklik olanda uşaqlar xəstələnir.
Valideynlər öz aralarındakı münasibəti düzəldəndə, bir-birini anlayıb sevəndə uşaqlar da sakitləşir və sağalır.
Aygün Musayeva