Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir banka multivitamini əvəz edən 7 QİDA hansıdır?

  • 2022.03.18 15:31
  • 2182 Baxış
Bir banka multivitamini əvəz edən 7 QİDA  hansıdır?

Orqanizmin bütün sistemlərinin normal fəaliyyəti üçün 2 cür qidalandırıcı maddələr lazımdır: mikronutriyentlər və makronutriyentlər.
Makroya zülal, yağlar və karbohidratlar aiddir.


Mikro isə vitaminlər minerallardır, hazırki qidalarla onları əldə etmək çətindir.

Ona görə də həkimlər uşaqdan tutmuş böyüklərə kimi hamıya əlavıə BAD-lar, vitamin preparatları təyin edirlər.

Bakupost.az bir neçə qutu multivitamini əvəz edəcək faydalı təbii qidaların siyahısını təqdim edir.

Alimlər bildirir ki, bu ərzaqların gündə 1-2 porsiyası gündəlik vitamin təminatını 90% ödəyir.

Bu 8 qida hansıdır.

1. Kələmin bütün növləri: brokkoli, ağ, qırmızı kələm – K, C, kalsiy, maqniy, A vitamini, B6, dəmir, marqansla zəngindir. Gündə 100 qram təzə kələm salatı yemək kifayətdir.

2. Mal əti - 100 qramında B 3, B 2 vitaminlərinin 30%-i, B6, B 12, eləcə sümük əzələ sisteminə lazım olan zülal və minerallar vardır.
Əgər insan gündə 100 qram ət yeməzsə, anemiya, qanazlığı yaranır, dəri, saçlar, dırnaqlar korlanır.

3. Dəniz yosunu – yod çatışmazlığı, qalxanvari vəzin funksiyası üçün bu super qida mütləq rasionda olmalıdır. Məsələn, 1 qram kombu 2300 mkq yod var. Bu isə sutkalıq normadan çoxdur. Ona görə dəniz yosununu həftədə 1-2 dəfə qəbul etmək lazımdır. Yaponlar və çinlilər bu qidanı çox yeyir.


4. Mal qaraciyəri – Heyvanın ən qidalı hissəsidir. B 12 vitamini. Dəmir, fol turşusu, A vitamini ilə zəngindir. İmmun sistemi gücləndirir
Qaraciyəri də həftədə 2 dəfədən artıq yemək olmaz.


5. Göy-göyərti, yaşıl yarpaqlılar

Liflidir, antioksidant təsir edir, C vitamini, B6, B9, K vitamini ilə zəngindir. Hamilələr və yaşlılar göyərtini hər gün yeməlidir.


6. Qoz
100 qr qoz və ya fındıqda B1 vitamini sutkalıq tələbatın 45%-i, niasin 10%-i, B6,B5,B9 vitaminlərinin 25%-i, 100 qram badamda A, E vitaminləri çoxdur. Qoz xərçəngin qarşısını alır.

7. Yumurta

Planetin ən lazımlı qidasıdır. Əti,südü əvəz edir. D vitamini mənbəyidir. Bir ədəd yumurtada A, B5, B12, B9. D vitaminləri, fol turşusu, kalsiy, maqniy, selen vardır. Yumurtada olan xolin – B4 vitamini hüceyrələr arası membranın qurulmasında iştirak edir.


Aygün M
Bakupost