Alimlər həyəcan təbili çalır: səhiyyə elementar infeksiyalar qarşısında çarəsiz qalır. Bakteriya və viruslar getdikcə hiyləgərləşir, bu vaxta kimi yaratdığımız antibiotiklər gücsüzləşir.
Ümumdünya Səhiyyə Təşkilatı yeni məlumatlar yayıb: istifadə olunn bir sıra antibiotiklərə qarşı dayanıqlılıq 80%-i keçir. Bu o deməkdir ki, bir neçə ildən sonra infeksiyaları müalicə etməyə əlimizdə antibiotik olmayacaq.
İlk dəfə 1928-ci ildə təsadüfən kəşf olunan ilk antibiotik olan penisillindən sonra onlarla antibiotik istehsal olunub.
Bu illər ərzində bakteriyalar mutasiya olub, daha yeni, çoxlu mikroorqanizmlər yaranıb ki, penisillinə tabe olmur. Hazırda dünyada antimikrob rezidensiyasiyası deyilən hadisə baş verir. Artıq mikroblar antiotikə öyrəşir və onun təsirinə düşmür. Son illər antibiotik bazarında da durğunluq var, bazara yeni antibiotiklər çıxmır, köhnələr isə sehrli gücünü sürətlə itirməkdədir. Antibiotiklərə rezidentliyin yaranmasına səbəb insanların antibotiki təyinatı olmadan, istənilən xəstəlikdə özbaşına alıb qəbul etməsidir. Antibiotikləri kənd təsərrüfatında heyvanlara vururlar. Antiobiotik müalicəsi alan xəstə sona kimi müalicəni aparmır, sağalan kimi dərman qəbulunu dayandırır.
Davosda iqtisadi forumda belə bir dəhşətli proqnoz verildi: 2050-ci ildə davamlı mikroorqanizmlərin yaratdığı infeksiyalar səbəbinfən hər il 10 mikyon insan itirəcəyik. Bu rəqəm onkoloji xəstəliklərdən ölüm rəqəmini belə üstələyir. Bunun nəticəsi olaraq iqtisadi itkilər də faciəvi şəkil alacaq. Cəmiyyət infeksiyaların əlində əsir olacaq.
ÜST – müasir tibbin qarşısında ən vacib məsələnin yeni nəsil antibiotiklər kəşf edib, bazara çıxarması olduğunu vurğulayır. Yeni infeksiyaəleyhinə preparatların hazırlanmasına böyük investisiyalar cəlb olunmalıdır. Yoxsa biz keşmiş dövrə, infeksiya səbəbindən cərrahi əməliyyatlardan insanların qorxduğu dövrə geri qayıdacağıq. Hazırda ümumdünya səhiyyə təşkilatının rezervində olan ağır antibiotik preparatları çox çətin infeksiyalarda tətbiq olunur. Əgər bu preparatlar da kütləvi istifadə olunsa, o zaman mikroorqanizmlərin onlara da dayanıqlığı artacaq.
Əgər insanlar indiki kimi antibiotiklərə yüngül yanaşmağa davam etsələr, görülən tədbirlərin çətin ki faydası olar.
Antibiotiklərlə bağlı hər bir insanın bilməli və əməl etməli olduğu məqamlar bunlardır:
-Yalnız və yalnız həkimin konret xəstəliyə görə təyin etdiyi antibiotiki, göstərilən dozada qəbul edin. Özbaşına aptekdən antibiotik alıb içmək olmaz.
-Həmişə antibiotik kursunu axıra kimi qəbul edin. Sağalsanız belə yarımıq saxlamayın. Əgər yarımçıq qəbul olsa, orqanizmdə bu dərmana qarşı dayanıqlıq yaranır, növbəti dəfə xəstəlik qayıdanda bu preparat daha təsir etmir.
-Bir dəfə istifadə edib, evdə qalan dərmanı növbəti dəfə qəti istifadə etməyin
-Heç vaxt öz antibiotikinizi başqa adama, digər ailə üzvünə vernəyin.
-İnfeksiyaya yoluxmanın qarşısını alın, qorunun, əllərinizi, burnunuzun içini tez-tez yuyun. Çalışın, ilboyu çox nadir halda antibiotik qəbul edəsiz.