Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir ayaq digərindən böyükdürsə... - Uşağa düzgün ayaqqabını necə seçməli?

  • 2018.03.23 13:51
  • 28910 Baxış
Bir ayaq digərindən böyükdürsə... -  Uşağa düzgün ayaqqabını necə seçməli?
Uşağa qulluq vasitələri içərisində ayaqqabı seçimi xüsusi yer tutur. Əksər ailələr uşaqlarına ayaqqabı seçən zaman çətinlik çəkir. Çünki əksər uşaqlarda bir ayaq digərindən böyük olur. Bu da seçim zamanı özünəməxsus çətinliklər yaradır.


 

Bəs düzgün seçim nəyə əsasən edilməlidir?


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, travmotoloq-ortoped Ramil Nəcəfov ayaqqabı alan zaman diqqət ediləcək məqamlardan bəhs edib. Onun sözlərinə görə, uşaqlara ayaqqabı alarkən onun bahalı olması önəmli deyil:


"Uşaq üçün rahatlıq əsasdır. Ayaq ölçüsünə görə müvafiq ayaqqabı seçilməlidir. Bunun üçün də ayaqqabı almaq istəyirsinizsə uşağınızı özünüzlə götürün. Yaxşı olar ki, ayaqqabını uşağa geyindirib, elə alasınız.


Ən əsas nüanslardan biri isə seçilən ayaqqabının yüngül olmasıdır. Təəssüf ki, bəzi valideynlər görünüşə aldanaraq uşaqlar üçün ağır geyim seçirlər. Bu isə onlar üçün diskomfort hissi yaradır”.


Mütəxəssis ayaqqabının corabsız geyinilməsinin düzgün olmadığını qeyd edib.

 

 


"Qışda qış corabı, yayda isə yay corabı ilə ayaqqabı geyinilməlidir. Corabsız geyinilən ayaqqabı azyaşlılarda bəzi zədələnmələr yarada bilər”, - deyə Nəcəfov vurğulayıb.


"Bir ayaq adətən digərindən böyük olduğu zaman ayaqabı seçimi necə olmalıdır” sualını isə ortoped belə cavandırıb:


 "Bu hal əksər zaman yaşanır. Belə vəziyyətdə böyük olan ayağa uyğun ayaqqabı alınmalıdır. Əsas odur ayaqqabı uşağın ayağını sıxmasın. Ayaq içəridə tam rahat açılmalıdır.


Qeyd edim ki, dabana da xüsusi diqqət yetirilməlidir. Valideynlər buna bəzən fikir vermirlər.  Dabansız ayaqqabı seçilməlidir. Uşaq bir az böyükdürsə ayaqqabı dabanı 1,5-2 sm hündür ola bilər. Ancaq bundan böyük olmamalıdır.. Əks halda deformasiyalara səbəb ola bilər”.

 

Şəhanə Quliyeva
Bir ayaq digərindən böyükdürsə... -  Uşağa düzgün ayaqqabını necə seçməli?