Qədim Çin təbabətinin sadə bir fiziki məşqi 10-dan çox xəstəliyin çarəsi hesab edilir.
Medicina.az xəbər verir ki, Çin eksperti Çjou İçuan insan sağlamlığı üçün əvəzsiz olan metodun sirrini açıqlayıb.
Bədən ətalətini tənzimləyən məşq bədənə harmoniya bəxş edir. İnsandan tələb olunan sadəcə bir ayağı üstə dayanıb, əlləri ilə bədənə toxunmadan, gözləri bağlamaq şərtilə, tarazlığını saxlamaqdır.
Ayağın birini dizdən qatlayıb havada saxlayıb, bu vəziyyətdə 1-2 saniyə dayanmaq 10-dan çox xəstəliyin dərmanıdır. İlk başlayanda əvvəl 20-30 saniyə durmaqla davam edin, sonra saniyələri artırın.
Xüsusən orta yaşlı və yaşlı, xroniki xəstələr üçün bu həyati vacibdir.
Çində "Qızıl xoruz" adlanan bu idman hərəkəti şəkərli diabet, yüksək təzyiq, qan dövranı pozulması, podaqra, ostexondroz, qalxanvari vəz problemləri, radikulit, vestibulyar aparatın zəifləməsi, görmə, eşitnə zəifliyi, soyuq əl-ayaqlar sindromunda çox effektiv təsir edir.
Bu hərəkət immuniteti, sinir sistemini möhkəmlədir, emosional tarazlığı qoruyur, əhvalı qaldıırır, baş beyini qidalandırır.
Burda əsas sirr gözlərin bağlı olmasıdır. Bu zaman insan digər hissiyyat orqanlarını aktivləşdirir, yıxılmamaq üçün bədəninə dəstək olur, güc balansını tənzimləyir.
Təkcə bir hərəkətlə 6 vacib orqan hərəkətə gəlir.
İdeal halda bu vəziyyətdə 7-9 dəqiqə qalmaqdır.
Bu metodu gündə 2 dəfə hər gün ən azı 3 ay davamlı etməlisiz.