Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir ay axşam 10-da yatıb, səhər 4-də oyandı - Nə dəyişikliklər oldu?

  • 2021.03.16 19:20
  • 3159 Baxış
Bir ay axşam 10-da yatıb, səhər 4-də oyandı   - Nə dəyişikliklər oldu?


Normalda insan axşam saat 22:00-dan yatmalı, səhər 5-də oyanmalıdır. Beynin və immunitetin lazimi hormonlarla təmin olunması və dincəlməsi üçün məhz saat 22:00- 01:00 arası yuxu vacibdir.


Medicina.az xəbər verir ki, bu rejimə hər insan riayət edə bilmir. Amma eksperiment edənlər var.

Rusiyalı blogerlərdən biri 30 gün ərzində bu rejimi sınamaq qərarına gəlir. Hər gün gecə 1-də yatıb 9-da oyanan gənc kişi hər axşam saat 22:00-da yatmaq rejiminə keçir.

O, təcrübəsi boyu və sonradan hiss etdiyi müsbət dəyişiklikləri bölüşüb. Beləliklə, insan orqanizmində nə baş verir?

1. Daha çox iş görməyə vaxt tapdım, daha çox əlavə vaxtım oldu

Saat 4-5:00 arası oyandıqda səhər 8-ə kimi demək olar ki, bütün işlərimi bitirirdim.

- Səhər yeməyi
- Gəzinti, idman
- Ev heyvanlarını yemləmək
- Gündəlik planlar
- evdə həyətə işləri gömək
- səhər yeməyi hazırlamaq

Bu işləri əvvəlki rejimdə görəndə, günortaya kimi çatdıra bilmirdim.
Amma indi saat 9-a heç bir işim qalmırdı.

2. Ruh yüksəkliyi və güc

Səhər 4-də oyananda insanın yuxudan sonra əzginliyi tez keçir, qəribə bir güc axını, enerji axını hiss edirsən. Həm də başqalarından daha iradəli olduğunu görürsən. Hər kəs yataqda olanda, sən artıq iş başındasan.
Bu çoxlarından bir addım öndə olduğunu göstərir

3. Sağlamlığımda müsbət dəyişikliklər oldu

Əhvalım yüksəlirdi, işdə yorğunluq hiss etmirdim, bel ağrılarım azaldı, ətrafım həmişəkindən daha gənc göründüyümü deyirdilər.

İnsan 30 gün bu rejimə əməl edərsə, sonradan beyin də, bədən də buna öyrəşir və heç də çətin olmur.