Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.
Hadisə rayonun Çinarlı kəndində baş verib.
Fərdi yaşayış evindən 6 nəfər - Səidə Əmirova, Saleh Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)
Medicina.az -a verilən məlumata görə, fevralın 24-də saat 10:00 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar