Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.
Medicina.az xəbər verir ki, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.
Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara
ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.