Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.
Medicina.az xəbər verir ki, Daşkəsən rayon sakinləri - 1965-ci il təvəllüdlü Z.Alıyeva, 1990-cı il təvəllüdlü S.Alıyev, 1993-cü il təvəllüdlü C.Alıyev və 1999-cu il təvəllüdlü A.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır