Rusiyanın Kalujskiy xəstəxanasının həkimləri ağciyərinin bir payı olan kişini ağır koronavirusdan sağaldıblar.
Medicina.az xəbər verir ki, Sergey Şevçuk Yeni il öncəsi yoluxmuşdu.
Kişini 1 həftə sonra xəstəxanaya aparanda onun ağciyəri 50% tutulmuşdu. Həkimlər onun cəmi bir ağciyərinin olduğunu gördükdə isə xilas olacağına ümidləri itmişdi.
Xəstə 2 həftə reanimasiyada, 1 ay palatada müalicə olunub.
Hazırda o evı buraxılıb və ağciyəri normal işləyir.