Məşhur müğənni Selena Qomes mental sağlamlığı, illərdir əziyyət çəkdiyi bipolyar pozuntusu xəstəliyinin onda nələri dəyişdiyindən danışıb.
“Medicina” xəbər verir ki, psixi müalicənin çox çətin olduğunu bildirib.
“Ətrafım mənə daha çox yardım edirdi, nəinki mən özümə. İnsan özü istəməsə, onu nəyəsə məcbur etmək olmur. Məndən də çox şey istəyirdilər, amma mən buna hazır deyildim.
Son 1 ildir mental sağlamlığım xeyli dəyişib. Mən 2018-ci ildə çəkilən “Mənim şüurum və mən” filminə indi baxanda çox peşman oluram.
Bipolyar pozuntunun ən kəskin dövründə çəkilən o filmdə mən özüm barədə danışdıqlarımdan dəhşətə gəlirəm. İndi o günlərə baxdıqda, onu deyə bilərəm ki, özüm barədə xeyirxahlıqla və müsbət danışmaq çox vacibdir.
O zaman mən bunu anlamırdım. Amma hesab edirəm istənilən insan özünü mənim yerimə qoysa başa düşər. Mən lap dibə endim və hər şeyi vaxtında anladım. İndi mən daha yaxşıyam və daha yaxşıya ümid edirəm”.
Aygün Musayeva