Almaniyanın “BioNTech” şirkəti xərçəng xəstəliyinin müalicəsində “British Crescendo Biologics” ilə əməkdaşlıq edəcək.
Medicina.az xarici KİV-lərə istinadən bildirir ki, “BioNTech” və “Crescendo Biologics”dən verilən ortaq açıqlamada, sözügedən müalicələri tapmaq üçün əməkdaşlığın ilk mərhələsi 3 il davam edəcək.
Açıqlamada qeyd edilib ki, “BioNTech”in əməkdaşlıqda ortaya çıxacaq bütün immunoterapiyaların dünya miqyasında inkişaf və marketinq hüquqlarına sahib olacaq, “Crescendo Biologics"də məhsulların satışından lisenziya haqqı alacaq.
“BioNTech” şirkəti “Crescendo Biologics”ə 750 milyon dollardan çox pul ödəyəcək, bunun 40 milyon dolları əməkdaşlıq dövründə ilkin ödənişdir.