Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bioloji təbabətlə xəstəliyin yaranma səbəbi aradan qaldırılır - MÜSAHİBƏ

  • 2018.01.09 12:03
  • 19736 Baxış
Bioloji təbabətlə xəstəliyin yaranma səbəbi aradan qaldırılır -  MÜSAHİBƏ
Elxan Yaqubov: "Bu, xəstəliyin simptomlarını yox, səbəbini aradan qaldıran müalicə növüdür”


 

Son illər Azərbaycanda tibb sahəsində tez-tez gündəmə gələn Bioloji təbabət ifadəsi hələ də bir çoxları üçün sirr olaraq qalmaqdadır. İnsanlar bioloji təbabət dedikdə yalnız müxtəlif bitkilər, yəni xalq təbabəti vasitəsilə müalicəni başa düşürlər. Bakıda fəaliyyət göstərən Bioloji Təbabət Klinikasının baş direktoru Elxan Yaqubovla müsahibə zamanı "bioloji təbabət” ifadəsinin məğzini açmağa çalışdıq:


– Bioloji təbabət nə deməkdir? Klinikanızın adını və fəaliyyət istiqamətini açıqlayardız zəhmət olmasa...


– Klinikamız istifadə etdiyimiz müalicə metodlarına uyğun olaraq Bioloji Təbabət klinikası adlanır. Bioloji təbabət deyiləndə insanlar yanlışlıqla ilk olaraq bioloji aktiv əlavələrlə, xalq təbabəti, bitkilərlə müalicəni başa düşürlər. Bu, səhv yanaşmadır. Dünyada Bioloji təbabətlə müalicənin mərkəzi Almaniyadadır. Avropanın digər ölkələrində çox sayda bioloji təbabət klinikaları mövcuddur. İsveçrədə, Belçikada, İtaliyada, Danimarkada bioloji təbabətlə müalicəyə əsaslanan klinikalar var. Kolumbiyada 30-dan artıq belə tibbi mərkəz fəaliyyət göstərir. Adları müxtəlif olsa da, bu mərkəzlərdə müalicələr bioloji təbabət metodları ilə aparılır. Məsələn, İsveçrədə 30 il bundan əvvəl yaranan "Paracelsus” klinikası, "Alpsteyn clinic” adlanan digər klinika eynilə bioloji təbabətlə müalicəni tətbiq edirlər. Azərbaycanda isə bu klinikanın adı məhz Bioloji Təbabətdir; eyni layihə çərçivəsində Sumqayıtda və Göyçayda da klinikalarımız fəaliyyət göstərir. 


Bioloji təbabətlə müalicə müasir müalicə metodudur. Burada əsas məsələ müalicəyə yanaşma prinsipidir.Yəni, orqanizmə vahid bir sistem kimi yanaşan bioloji təbabətlə müalicə zamanı xəstəliyin simptomları deyil, yaranma səbəbləri aradan qaldırılır. Məlumdur ki, müasir zamanda xəstəliklərin 90 faizi xronikidir. Pasiyent şikayətlərinə uyğun olaraq həkimə müraciət edir və mütəmadi olaraq müalicə alır, xəstəlik isə sağalmaq əvəzinə getdikcə ağırlaşır. Həkim dərmanın dozasını, sayını artırsa da müalicə effekt vermir.Çünki müalicə səbəbin deyil, simptomların aradan qaldırılmasına yönəlir. Akademik təbabətlə müalicə zamanı bəzən simptomlar aradan qalxsa da xəstəliklərin çoxu tədricən xronikiləşir və daha ağır nəticələrə gətirib çıxarır. Bioloji təbabətlə müalicə zamanı istifadə olunan preparatlar insan orqanizmində sintez olunan maddələrin miqdarında olduğuna görə orqanizm tərəfindən asan mənimsənilir və heç bir əlavə təsir yaratmır. Akademik təbabətdə isə bu maddə orqanizmə kimyəvi preparatlar şəklində daxil edilir. Buna görə də bir orqana təsir edən dərman başqa bir orqanın sıradan çıxmasına səbəb olur. 


Bioloji təbabətlə müalicədə xəstəlik zamanı zamanı yaranan ağrılar deyil, onu yaradan səbəblər araşdırılaraq müalicə edilir.

Ağrı bir siqnaldır, orqanizmə və həkimə lazım olan bir siqnaldır ki, problemin kökünü tapmağa kömək edir. Bioloji təbabətdə ağrının yaranma səbəbi tapılır. Xəstəliklərin çoxu hüceyrənin funksiyasının pozulmasından başlayır. Bioloji təbabətdə həmin pozulmuş funksiya bərpa edilir. Yəni, artıq xroniki sayılan xəstəliklər sağalan xəstəliklər sırasına keçir. 


– Klinikanıza xəstələr daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

 


– Bizim klinikaya daha çox şəkərli diabeti olan pasiyentlər müraciət edir. Məlumdur ki, şəkərli diabet xəstəliyinin ağırlaşması trofiki xoralara gətirib çıxarır. Hazırda Türkiyədə, İranda, Azərbaycanda, İngiltərədə də xəstənin xoralar olan ətrafını amputasiya edirlər. Lakin amputasiyadan sonda da xora yaranma prosesi dayanmır, hətta, insanların dünyasını dəyişməsinə də səbəb ola bilir. Bizim klinikada artıq 500-ə yaxın trofiki xoralı xəstə müalicə alaraq tam sağalıb. Bu haqda qısametrajlı sənədli film də çəkib youtube-da yerləşdirmişik. (Trofiki xora)


Bioloji təbabətlə müalicə zamanı yalnız xoralar sağalmır, müalicənin gedişində orqanizmin bioloji tarazlığı, orqanların pozulmuş funksiyası bərpa olunur. Bundan başqa, artrozlar, artritlər, onurğa sütununun müxtəlif mənşəli yırtıqları klinikamızda uğurla müalicə edilib. Müalicə müddəti bir qədər uzun çəkir, çünki bütün müalicələr təbii yolla gedir. Rayondan gəlib Bakıda uzun müddət qalmaq imkanı olmayan xəstələri də nəzərə alaraq Şirvan bölgəsi üçün Göyçayda klinika açmışıq. Sumqayıtda da klinikamız fəaliyyət göstərir. Çənub bölgəsi üçün Masallıda yaxın aylarda klinika fəaliyyətə başlayacaq. Bioloji təbabətlə müalicədə hər bir prosedur düzgün və dəqiq yerinə yetirilməlidir, əks-halda gözlənilən effekt alınmır. Bütün filiallarımızdakı kadrlar Bakıdakı mərkəzdə bioloji təbabətlə müalicə kurslarında tam təkmilləşdikdən sonra fəaliyyətə başlayır. Bizdə fizioterapiya çox geniş tətbiq edilir. Məsələn, fəqərəarası disk yırtıqlarını indiyə qədər əsasən cərrahiyyə əməliyyatı ilə aradan qaldırırdılar. Lakin bu halda bir fəqərədəki problem götürülsə də, səbəb aradan qalxmadığına görə problem tam həllini tapmırdı. Çünki növbəti fəqərədə patoloji proses gedirsə, əvvəlcə protruziya yaranır, sonra inkişaf edib yırtığa çevrilir və xəstəlik daha da ağırlaşır. Bioloji təbabətlə müalicədə isə patoloji prosesi aradan götürən ümumi müalicə aparılır. Orqanizm təbii sağlam vəziyyətə qayıdır. Onlarla bu problemdən birdəfəlik xilas olan pasientlərimiz var. Hazırda bu müalicə biotənzimləyici müalicə adlanır. 


– Qiymətlər hansı meyarlarla müəyyənləşdirilir? Xəstəliyin ağırlıq dərəcəsinə, yoxsa müalicənin müddətinə görə?


– Hər hansı bir xəstənin və ya xəstəliyin müalicəsində konkret qiymət demək mümkün deyil: xəstəliyin ağırlıq dərəcəsindən və hər bir pasiyentin fərdi xüsusiyyətlərindən asılı olaraq müalicənin müddəti və qiyməti də dəyişir.


İstifadə edilən dərman preparatları Almaniyada heç bir kimyəvi komponentdən istifadə olunmadan istehsal edilir. Hamısı təbii tərkibli, komponentləri kiçik dozalıdır, ona görə də hüceyrə səviyyəsində təsir edir. Bu dərmanları uşaqlara da, qocalara da, hamilə və südverən qadınlara da tətbiq etmək olur. Kimyəvi dərmanlardan fərqli olaraq bioloji tənzimləyici təbabətdə istifadə edilən dərmanlarda yanaşı istifadə qadağaları yoxdur.

 


– Deməli, digər xəstəxanalarda meydan sulayan dərman firmaları sizə yol tapa bilmir...


– Bioloji Təbabət Klinikasında kimyəvi dərman yazmaq qadağan deyil. Pasiyentin kəskin vəziyyətində bizim həkimlər də kimyəvi dərmanlardan istifadə edir. Lakin sonra xəstəliyə səbəb olan amil aradan qaldırılır, pozulan bioloji tarazlıq bərpa edilir. Bir sözlə, bioloji təbabətlə müalicə o zaman effektli sayılır ki, pasiyent dərman asılılığından xilas olsun. 


– Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə jurnalistlər üçün güzəştli müayinə aksiyası keçirdiniz. İlk öncə, buna görə bir jurnalist kimi sizə təşəkkür edirəm. Eyni zamanda bununla bağlı bir sualımız var: digər peşə sahibləri üçün də belə aksiyalar nəzərdə tutulurmu?


– Müəyyən dövrlərdə bu aksiyanı müxtəlif peşə sahibləri üçün etmişik. Məsələn, bu il qeyd etdiyiniz kimi, jurnalistlər üçün 10 günlük endirim askiyası keçiririk, 8 Martda qadınlar üçün, 1 iyunda Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə uşaqlar üçün, Ramazan və Qurban bayramlarında da bir neçə günlük güzəştlər tətbiq edirik. Bunun da səbəbi odur ki, aztəminatlı ailələr də Bioloji Təbabət Klinikasının xidmətlərindən yararlansınlar.


– Xarici klinikalarla layihələriniz, əməkdaşlığınız olurmu? 


– Biz Azərbaycanda bioloji təbabətlə müalicəni inkişaf etdiririk. Azərbaycan həkimlərini bu sahədə maarifləndiririk. Bunun üçün Azərbaycanda Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti Almaniyanın Baden- Baden şəhərində yerləşən Bioloji Təbabət Cəmiyyətinin xəttilə bioloji təbabətlə müalicə üsullarına aid seminar və konfranslar keçirir. Cəmiyyətin bir çox ölkələrdə nümayəndəliyi var. Azərbaycanda Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və fəaliyyət göstərir. Cəmiyyət vasitəsilə dünyada bioloji təbabət üzrə fəaliyyət göstərən ekspertlərin təcrübələrini bölüşürük, mütəmadi olaraq onları Azərbaycana dəvət edir, kurslar, seminarlar keçiririk. Azərbaycanda istənilən həkim bu kurslarda iştirak edib, öz bilik səviyyəsini artıra bilər (afn.az).