Bioloji Təbabət Klinikası 1-2 fevral , 2020-ci ildə BƏƏ-nin Dubay şəhərində təşkil olunan Beynəlxalq Tibbi Səyahət Festivalında təmsil olunub.
Tədbirin ilk günündə Dubayda yerləşən American Hospital, King”s College Hospital London və bir neçə başqa klinikalarda görüşlər təşkil edildi.Bu görüşlər zamanı Bioloji Təbabət Klinikasının Masallı filalının direktoru Qüdrət Yaqubov Azərbaycanda 10 ildən artıqdır fəaliyyət göstərən Bioloji Təbabət Klinikası haqqında məlumat verdi.
O, klinikanın həkimlərinin revmatoid-artrit, artroz, diabetik pəncə və trofik xoralar, psoriaz, fəqərəarası disk yırtığı, piylənmə və digər xəstəliklərin müalicəsində əldə etdiyi uğurları diqqətə çatdırdı. Görüş iştirakçıları yalnız azərbaycan vətəndaşlarının deyil, xarici ölkələrdən olan çoxsaylı pasientlərin də müalicədən sonrakı effektli nəticələri ilə tanış oldular.
Tədbirin növbəti günü tibbi turizm sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin iştirakı ilə seminar, 27 ölkədən olan beynəlxalq tibbi turizm şirkətləri nümayəndələri ilə ikitərəfli görüşlər və klinikaların sərgisi təşkil edildi. Amerika Birləşmiş Ştatları, Yaponiya, Rusiya, Almaniya, İngiltərə, İspaniya, Avstraliya,
İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn,Hindistan, Türkiyə, Çin, Kosova, BƏƏ, Flippin, Misir, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qana, Benin, Kamerun, Burundi və Keniyanın tibbi turizm şirkətləri Bioloji Təbabət Klinikasının fəaliyyəti barədə geniş məlumat alaraq Azərbaycanın Səhiyyə sistemindəki uğurları yüksək qiymət-ləndirdilər.
Tədbirdən sonra Bioloji Təbabət Klinikasıyla müxtəlif ölkələrin tibbi turizm şirkətləri arasında pasient idxalı ilə bağlı ilkin razılaşmalar əldə edildi.