Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Qırğızıstanda beynəlxalq konfransda

  • 2024.10.04 15:38
  • 2365 Baxış
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi  Qırğızıstanda beynəlxalq konfransda

Ölkə Prezitentinin tibbi turizmlə bağlı dövlət siyasətinə ilk dəstək verən özəl klinikalar içərisində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin özünəməxsus uğurları var.

"Medicina" xəbər verir ki, son illərdə onlarla Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Qırğızıstan vətəndaşlarının səhhətində yaranmış ağır problemlərlə bağlı Müalicə Mərkəzinə müraciət etməsi sayəsində Azərbaycn artıq tibbi turizm sahəsində ixrac edən deyil, idxal edən bir ölkəyə çevrilib. Həmin əcnəbi pasientlər İnteqrativ Tibb üsulları ilə müalicə barədə ətraflı araşdırma aparandan sonra bu müalicənin üstünlüklərinə inanaraq öz sağlamlıq problemlərinin həllini klinikanın peşəkar həkimlərinə etibar ediblər.

Qeyd edək ki, bu pasientlərin hamısı illərlə düçar olduqları xəstəliklərinə çarə tapmaq üçün müxtəlif xarici ölkələrin öndə gedən klinikalarında müalicə alsalar da heç bir nəticə almadıqlarına görə son ümid yeri kimi Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini seçiblər. Məhz kimyəvi preparatlardan fərqli olaraq orqanizmə heç bir zərər verməyən İnteqrativ Tibb metodlarının köməyilə sağalıb öz ölkələrinə qayıdıblar.Onların müalicələrinin uğurla nəticələnməsi sərhədlərimizdən kənar digər ölkələrin vətəndaşlarının da diqqətini çəkib.

Sentyabrın 27-də Qırğızıstanın Bişkek şəhərində keçirilən 1-ci beynəlxalq konfransda tibbi turizmlə bağlı məsələlərə də toxunulub. Müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbir “Fizioterapiya və reablitasiyanın effektivliyinin artırılmasında yeni yanaşmalar” mövzusunda idi.

Qırğızıstanın səhiyyə nazirinin, Tibb Universitetinin professor və müəllimlərinin qatıldığı konfransa Yaponiya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycandan da həkim və mütəxəssislər dəvət olumuşdu.


Ölkəmizi beynəlxalq miqyaslı bu tədbirdə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təsisçisi və direktoru Elxan Yaqubov, fizioterapiya və reablitasiya mərkəzinin rəhbəri, həkim-fizioterapevt Nuriyyə Əlibəyli və Qanın canlı mikroskopiyası mütəxəssisi, həkim Amalya Rəhimova təmsil edirdi.20-dən çox məruzəçinin çıxışı dinlənilən konfransda iştirakşılar Nuriyyə Əlibəylinin “Dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində fizioterapiya və reablitasiyanın effektivliyini artırmaq üçün kompleks mealicənin tərkibinə İnteqrativ Tibb metodlarının da əlavə olunması” mövzusundakı çıxışını maraqla qarşılayıblar. Azərbaycanlı məruzəçinin çıxışındakı autoimmun və degenerativ xəstəliklərin müalicəsində İnteqrativ Tibb üsullarının köməyi ilə alınan uğurlu nəticələrin videogörüntüləri daha çox marağa səbəb olub.


Foyenin Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi üçün ayrılan guşəsində Amalya xanım Rəhimova tədbir iştirakşılarına İnteqrativ tibb metodları barədə ətraflı məlumat verib. Daha sonra onlara İnteqrativ tibbin üstünlüklərini əks etdirən kitabça, buklet və flayrlar paylanılıb.


Konfransdan sonrakı gün Azərbaycanlı həkimlər Bişkekdəki reablitasiya mərkəzlərindən birinin rəhbərliyinin xahişi ilə artrit, artroz, qırmızı qurd eşənəyi, psoriaz və digər autoimmun xəstəliklərdən əziyyət çəkən pasientləri qəbul ediblər.

Bununla da həkimlər İnteqrativ Tibbin müxtəlif xəstəliklərin müayinə və müalicəsinə fərqli yanaşma metodunu qırğızıstanlı həmkarlarına əyani şəkildə nümayiş etdiriblər.Yeni və fərqli yanaşma qırğız həkimlərində çox maraqlı təəssürat yaradıb. Bu səbəbdən onlardan bəziləri İnteqrativ Tibb metodu ilə müalicəni öyrənmək üçün hətta Azərbaycana gəlmək istədiklərini bildiriblər. Hətta məsul şəxslərlə degenerativ və autoimmun xəstəliklər problemi olan pasientlərin müalicə üçün ölkəmizə göndərilməsi barədə danışıqlar da aparılıb.


Qırğızıstan səfəri BiolojiTəbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri üçün tibbi turizm sahəsində atılan daha bir uğur kimi də yadda qalıb.

medicina.az