Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bioloji silah və bomba ilə xəstəliklər necə yaradılır? - Gələcəyin pandemiyaları

  • 2021.12.06 15:39
  • 2699 Baxış
Bioloji silah və bomba ilə xəstəliklər necə yaradılır? -  Gələcəyin pandemiyaları
Kütləvi qırğın silahlarının bir növü olan, bakteria, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlar bioloji silah adlanır.

Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.

Medicina.az insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilən bioloji silahlar haqqında məlumatı oxucuları ilə paylaşır.

Bioloji vasitələrə xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir.

Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.

Bioloji silahlar vasitəsiylə taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa qızdırma növlərinin, çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və digər xəstəliklərin törədiciləri olan mikroorqanizmlər, viruslar, bakteriyalar, göbələklər və s. yaymaq mümkündür.


Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yollarla çatdırılır.

Sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində xəstəliklər yayılmağa başlayır.

Xəstəlik törədiciləri insan orqanizminə müxtəlif yollarla düşə bilər. Ən geniş yayılmış üsul hava vasitəsilədir. Su və qida ilə, açıq yara və yanıq yerlərinə mikrob düşməsi, yolxucu həşəratlarln dişləməsi ilə, kontakt yolu ilə, bioloji vasitələrlə yoluxdurulmuş hərbi sursatlar vasitəsilə yoıuxma mümkündür. Qansoran həşəratlar xəstəliyi xəstə insan və heyvanlardan sağlam fərdlərə ötürür.

Bakterial silahın çatdırılma yolları müxtəlifdir: təyyarə bombaları, top güllələri, raketlər və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatıçığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və cihazlar, zəhərlənmiş daşıyıcılar (həratlar, gənələr, gəmiricilər). Bakterial silahı işlətmək üçün düşmən aerozol üsuldan (havanın yoluxdurulması), transmissiv üsuldan (qan soran həşəratlar – bit, birə, ağcaqanad vasitəsilə), diversion üsul-qapalı yerlərin, suyun, ərzağın qəsdən gizli şəkildə yoluxdurulmasından istifadə edə bilər. /aztibb.az/