Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bioloji detoksikasiya nədir?

  • 2023.01.16 14:30
  • 4605 Baxış
 Bioloji detoksikasiya nədir?

Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaranması və zərərsizləşdirilməsi prosesi tarazlaşdırılmışdır. Belə ki, həyat fəaliyyəti nəticəsində əmələ gələn toksik maddələr detoksikasiya sistemləri tərəfindən zamanında xaric edilir və insan özünü sağlam və gümrah hiss edir.

Lakin son illərin toksin axını (hava, su, stress, qida ilə) orqanizmin detoksikasiya imkanlarını aşdıqda zərərli maddələr orqanizmdə toplanaraq hüceyrənin fəaliyyətini pozulur və sağlamlıq tədricən pisləşir. Qarın nahiyəsində piyin toplanması, yorğunluq hissi, baş, əzələ, oynaq ağrıları, dəri rənginin solğunlaşması, saçların cansızlaşması, mədə-bağırsaq fəaliyyətinin pozulması (qəbizlik və ya ishala meyillik), ağızda xoşagəlməz dad və qoxu, yuxu pozulması, allergik reaksiyaların güclənməsi, diqqət yayınıqlığı, analizlərdə dəyişiklik – bunlar orqanizmin toksinlərlə yüklənməsinə, çıxarıcı sistemlərin yarıtmaz fəaliyyətinə dəlalət edir. İlk müddət kompensator mexanizmlər hesabına vəziyyət nisbətən stabil olsa da, tədricən bu mexanizmlər tükənib xəstəliyin inkişafına səbəb ola bilər. Zamanında görülmüş profilaktik tədbirlər inkişaf edə biləcək xroniki xəstəliklərin qarşısını ala bilər.


Müxtəlif prosedurlar (hirudoterapiya, tərləmə..), həmçinin, biotənzimləyici preparatların köməyi ilə toksinlərin toxumalardan, hüceyrəarası sahədən limfa və qan vasitəsilə xaric edilməsi - uğurlu seçimdir. Almaniya istehsalı olan biotənzimləyici preparatlar orqanizmə zərər vurmur, təbii tərkiblidir, asılılıq yaratmır. Orqanizmi limfa, mədə-bağırsaq, qaraciyər, böyrək səviyyəsində təmizləyir.

Lymphomyosot (damcı 30 ml)
Nux vomica Homaccord (damcı 30 ml)
Hexacyl (damcı 30 ml)
- hərəsindən 10 damcı 3 dəfə az su ilə yeməkdən 30 dəq əvvəl.
İldə 2 dəfə icra edilməsi tövsiyyə olunur.