Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Bu zaman meyitin yanından “Argo” markalı siqaretin kötüyü, qablaşdırılmış spirt və kibrit aşkar olunaraq götürülüb.
İlkin araşdırma zamanı meyiti aşkar edilmiş şəxsin ətraf ərazilərdə “butılka” və dəmir yığıb satmaqla məşğul olduğu müəyyən olunub. Meyitin yanmamış hissələrində xəsarət izi aşkarlanmayıb. Daxili müayinə üçün məhkəmə tibb ekspertizası təyin olunub.
Meyitin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.