Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Binəqədidə avtobus dayanacağı, yoxsa zibillik? - FOTO

  • 2025.02.17 15:39
  • 592 Baxış
Binəqədidə avtobus dayanacağı, yoxsa zibillik? -   FOTO

Binəqədi qəsəbəsində avtobus dayanacağı zibilliyə çevrilib.

Medicina.az xəbər verir ki, söhbət qəsəbənin kənd dayanacağı dediyi, 133 nömrəli avtobusun son dayanacağından gedir.

Belə ki, 1 həftədir dayanacaq zibilxanaya, it-pişik yerinə çevrilib.

Üfunət iyindən isə yaxın durmaq olmur.

Qəsəbə sakinləri bildirirlər ki, zibilləri yığışdıran yoxdur:

"Sidik iyindən dayanacağa yaxın durmaq olmur. Nə zaman baxsaq, bu vəziyyətdədir. Yağışlı günlərdə dayanacağa sığınmaq istəsək, iyidən dura bilmirik. Bilmirik nə edək".




Aygün
Medicina.az