Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Binə"dəki yanğınla bağlı - Səhiyyə Nazirliyindən AÇIQLAMA

  • 2019.10.08 09:34
  • 3813 Baxış
"Binə"dəki yanğınla bağlı - Səhiyyə Nazirliyindən  AÇIQLAMA

Səhiyyə Nazirliyi "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.


Nazirlikdən Medicina.az-a verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:


"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".


***


Medicina.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 


Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. "3 saylı çağırış” elan edilib.


Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.