"Yeni ştamların yaranması və vaksinasiya tempinin aşağı olmasına baxmayaraq, “COVID-19” pandemiyasının kəskin fazası 2022-ci ildə sona çata bilər".
Medicina.az xəbər verir ki, “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts çıxışında bildirib.
O, bildirib ki, yüksək yoluxuculuğa malik “Delta” variantının yaranacağını, insanların peyvənd olunmağa və tibbi maska taxmağa qarşı çıxacaqlarını gözləmirdi.
Bill Qeyts “Omicron” ştamının narahatlıq doğurmasına baxmayaraq, dünya ictimaiyyətinin əvvəlki mərhələ ilə müqayisədə indi virusla mübarizəyə daha hazırlıqlı olduğunu vurğulayıb.