Koronavirusdan ölüm və ümumi infeksiya nisbətləri, yeni, daha təhlükəli variantların mövcud olmaması şərti ilə, gələn ilin ortalarına qədər sadəcə mövsümi qrip kimi olacaq.
Bu barədə “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts Sinqapurda biznesmen Maykl Blumberqin təşkil etdiyi “Yeni İqtisadi Forum”da deyib.
Onun sözlərinə görə, təbii immunitetin inkişafı, peyvəndləmə, yeni preparatların hazırlanması fonunda ölüm və yoluxma səviyyəsi kəskin şəkildə aşağı düşməlidir.
O, gələn ilin ortalarına qədər yeni ştammların olmadığı təqdirdə bu rəqəmlərin qrip kimi mövsümi rəqəmlərə çata biləcəyini proqnozlaşdırıb.
Bundan əlavə, Microsoft qurucusu gələn ildə koronavirus peyvəndi ilə bağlı problemlərin həllini gözlədiyini deyib.