Qərbi Afrika ölkəsi olan Nigeriyada son 2 həftədə 30 nəfər, ayırd edilə bilməyən bir xəstəlik səbəbi ilə həyatını itirib. Epidemiya səbəbindən xəstəxanalar dolub daşıb.
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, mətbuatdakı xəbərlərə görə şimaldakı Jigava əyalətinə bağlı Majia şəhərində son 2 həftədə 30 nəfər baş və bədən ağrısı, bayılma və yüksək atəş şikayətinin ardından həyatını itirib.
Həkimlərin etdiyi açıqlamada müəyyən edilməyən xəstəlik səbəbilə 30 nəfərin öldüyü, onlarla adamın xəstəxanalıq olduğu bildirilib.