Biləsuvar rayonunda həkimə hədə-qorxu gəlinərək pulu alınıb.
Medicina.az-ın məlumatına görə, hadisə Biləsuvarda yerləşən Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında baş verib.
Xəstəxanaın uşaq həkimi, Cəbrayıl rayonundan olan məcburi köçkün Eldar Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək tanışı Raqib Həsənovun ona hədə-qorxu gələrək 1850 manatını aldığını bildirib.
Cəbrayıl rayon Prokurorluğunda fakta bağlı Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.