TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. Baş həkim vəzifəsi Asif Əhmədova həvalə olunub.
"Medicina" xəbər verir ki, A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında cərrah-onkoloq, 1998-2017-ci illərdə cərrah-travmatoloq kimi fəaliyyət göstərib.
O, 2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri işləyib, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri olub.