Biləsuvar şəhər sakini qidadan zəhərlənib.
Medicina.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.
Həmin küçə sakini, 1988-ci il təvəllüdlü Paşayeva Aygün Əlipənah qızı qəbul etdiyi qidadan zəhərlənib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və qadına tibbi yardım göstərilib.
Yaxınlarının dediyinə görə, 29 yaşlı qadın ev şəraitində hazırlanmış badımcan turşusundan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.