“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb. Sovet dövründən Biləcəridə yerləşən xəstəxana artıq boşaldılır, həlkimlər, persoinal ayrı xəstəxanalara göndərilir.
"Medicina" xəbər verir ki, rəsmji mənbələr xəstəxananın sökülməcəyini, sadəcə başqa qurumun balansına verildiyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.
Nazir müavini Anar Əliyev Oxu.Az-a özəl açıqlamasında bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq:
“Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək”.
Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə xəstəxananın təhvil-təslim işləri həyata keçirilir.