Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bildirçin yumurtası toyuqdan daha faydalıdır - Faydası və müalicə üsulu

  • 2018.02.03 15:36
  • 31599 Baxış
Bildirçin yumurtası toyuqdan daha faydalıdır -  Faydası və müalicə üsulu
Bəlkə adi yumurtaya fasilə verib, bildirçinə keçəsiz? "Sağlamlıq ampulaları” adını alan bu yumurta xüsusən uşaqlara və kişilərə çox vacibdir!


Tarixi fakt:  Ötən əsrdə yaponlar Çindən çoxlu miqdarda bildirçin quşu çıxarıb, ölkələrinə apardılar. Onları bu quşun əti və yumurtasının təbabətdə nə kimi faydaları ola biləcəyi maraqlandırırdı. Çünki Qədim Çin təbabətində bildirçinli reseptlər var idi. Xirosima və Naqasaki faciəsindən sonra yapon alimləri  orqanizmdən zəhərli radionuklidləri tez təmizləyən ərzaq axtarışında idilər. Məlum oldu ki, bu işin öhdəsindən elə bildirçin yumurtası gəlir. Ona görə o ildən bu günə qədər Yapon hökuməti ölkənin 12 əsas ranqına bu bəndi əlavə etdi: "Mütləq gündəlik qidada  2-3 ədəd bildirçin yumurtası olmalıdır. Xüsusən uşaqlar və kişilər qəbul etməlidirlər!”


Bu metodu rus alimləri Çernobıl qəzasından sonra da tətbiq etdilər: faciə zonasından çıxan və yaxınlıqda yaşayan əhalinin menyusuna bildirçin yumurtası əlavə edildi. Uşaqlara hər səhər 2 çiy bildirçin yumurtası içirilərdi. Nəticədə uşaqlarda astma tutmaları azaldı, ürək ritmi düzəldi, burun qanaxması dayandı.

Bildirçin quşunun bədən hərarəti həmişə yüksək 42 dərəcə olduğundan, o infeksiyalara dözümlüdür və yeganə quşdur ki, salmanellozaya yoluxmur.  Ona görə, bildirçin yumurtası toyuq yumurtasından daha güclüdür və onu çiy halda içmək inanılmaz faydalar verir.


Allergiya və infeksiyalara meyilli uşaqlara bildirçin yumurtası verilməlidir. Bildirçin yumurtası yeyən uşaqlar yorulmur, zehni aydın olur, kalsium ehtiyacı tam ödənir, infeksiyalara az yoluxur. 

Toyuq yumurtası ilə müqayisədə bildirçinin tərkibində  2-3 dəfə çox B vitaminləri, 5 dəfə çox kali, 4 dəfə çox dəmir fermenti vardır.  Həmçinin A vitamini, fosfor, nikotin, kobalt, aminturşuları ilə zəngindir.

Bildirçin yumurtası yeyənin üz dərisi daha sağlam, rəngi gözəl olur. Kişilər üçünsə daha bir özəlliyi: bildirçin yumurtası Viaqradan 3 dəfə güclüdür.

Misir fironları, Çin və Yaponiya imperatorları viaqra əvəzi çiy bildirçin yumurtası içərmişlər. Bolqar təbiblərinin impotensiyaya qarşı hazırladığı "Cavanlıq kokteyli” məhz bildirçin yumurtasından ibarətdir.



Bu faydalı yumurta kimlərə məsləhətdir?


İmmuniteti zəif olanlar, tez-tez yoluxucu xəstəliklər keçirənlər;

Mastopatiyası, süd vəzi şişi olanlar;

Əsəb sinir sistemi zəif olanlar;

Zehni geriləməsi olan uşaqlar;

Qanazlığından əziyyət çəkənlər;

Hamilə qadınlar;

Cinsi zəifliyi olanlar;

Əzələ sümük sistemi zədələnən, sınığı olanlar və s.


Qeyd: toyuq yumurtasından fərqli olaraq, bu yumurtanı dərhal qaynar suya sala bilərsiz, o çatlamır. Çünki onun qabığında kalsi toyuq yumurtası ilə müqayisədə 5 dəfə çoxdur və möhkəmdir.


Müalicə üçün dozası:


Çiy halda yeməkdən yarım saat əvvəl 1-2 yumurtanı içib, üstündən su içə bilərsiz.

1-3 yaş – günə 1-2 yumurta

3-10 yaş – 3 yumurta

10-18 yaş – 4 yumurta

18-50 – 5-6 yumurta

50 yaş və yuxarı – 4 yumurta

Müntəzəm, azı 3-4 ay qəbul edilməlidir ki, təsiri özünü göstərsin.

Çiy içə bilmirsizsə, yumurtaları 100 qr. təzə sıxılmış meyvə şirəsinə qatıb qəbul edin.