Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən "Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb. Stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimov baş həkim Şahin Baxşəliyevi bıçaqlayıb.
Medicina.az xəbər verir ki, Unikal.org-a Şahin Baxşəliyevin ailə üzvlərinin verdiyi məlumata görə, baş həkimin böyrəyi çıxarılıb:
" Şahin Baxşəliyev Sumqayıt şəhərində "Şəfqət" klinikasında müayinə olunandan sonra məlum olub ki, onun böyrəyi də zədələnib. Bundan sonra o Bakıda yerləşən özəl klinikalardan birinə yerləşdirilib və onun böyrəyi çıxarılıb. Hazırda onun həyatı təhlükəsi qalır. Çünki onun qanında laxtalanma var. Ona qan köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təzyiqi yuxarıdır".