Son zamanlar viral olan gözəllik trendlərindən biri də saç baxımı ilə bağlıdır. Bibəriyyə suyunun saç tökülməsini dayandırdığını və hətta yeni saçlar çıxardığını bildirirlər.
Medicina.az xəbər verir ki, saç tökülməsi və seyrəlmə problemi olanlar “rozmarin”lə (bibəriyyə) çarə axtarır.
Bibəriyyə suyu son zamanların ən məşhur saç baxım trendinə çevrilib.
Xüsusilə TikTok və İnstaqramdakı paylaşımlardan sonra şikayətləri olan milyonlarla insan bibəriyyə qaynatmağa başlayıb.
Ancaq onun zərərini heç kim bilmir.
.
DİQQƏT OLUN!
Bibəriyyə suyunun saça zərər verməsi adətən yanlış istifadə və ya həddindən artıq tətbiq nəticəsində baş verə bilər.
Bibəriyyə saç sağlamlığı üçün faydalı ola biləcək bir bitkidir, lakin bəzi hallarda arzuolunmaz təsirlər də yaradır.
Bibəriyyə bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.
Dəridə qaşınma, qızartı, səpgi və ya şişkinlik kimi əlamətlər müşahidə oluna bilər. Bibəriyyə suyu saç köklərinə fayda verəcək miqdarda istifadə edildikdə təsirlidir.
Aygün
Medicina.az