Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Biabırçılıqdır, adam danışmağa utanır" - Həkim test qiymətlərinin qaldırılmasından danışdı

  • 2021.06.01 13:56
  • 1815 Baxış
"Biabırçılıqdır, adam danışmağa utanır" -  Həkim test qiymətlərinin qaldırılmasından danışdı
"Antikor testinin müayinəsi ucuz olmalıdır”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusuna qarşı vaksinasiya prosesindən əvvəl tələb olunan antikor testinin müayinə qiymətinin tibb müəssisələrində 50 manata qaldırılmasına aydınlıq gətirərkən deyib.

Professor hesab edir ki, sözügedən analizin qiyməti ailələr üçün əlçatan olmalıdır:

"Elə bir qiymət qoyulmalıdır ki, bütün ailələrin bu müayinəni etmək üçün maddi imkanları olsun. Dövlətin özü bu prosesdə maraqlı olmalıdır. Ayrı-ayrı adamlar öz maraqlarına çalışır və yaranmış vəziyyətdən sui-istifadə edirlər. Biabırçı hallardır, nə deyəsən, bununla bağlı danışmağa da adam utanır”.

Adil Qeybulla əlavə edib ki, bu məsələ ilə bağlı aidiyyatı orqanlar açıqlama verməlidir.

Qeyd edək ki, dövlət tibb müəssisələrində COVİD-19-a qarşı vaksinasiya prosesi aparılması üçün antikor testinin müayinəsi tələb olunur. Bu arayışla bağlı xəstəxanalar və tibb müəssisələrinə müraciət edən vətəndaşlardan antikor testinin müayinəsi üçün 30-50 manat tələb olunur.