«American Journal of Preventive Medicine» jurnalında dərc olunmuş araşdırma göstərib ki, bəzi xəstəliklər hətta psixiki problemləri olmayan insanlarda intiharın riskini artırır.
Araşdırma göstərib ki, kəllə-beyin travmaları, xərçəng, astma, bel ağrıları, durğun ürək çatışmazlığı, diabet, epilepsiya, miqren, Parkinson xəstəliyi, böyrək çatışmazlığı, insult, psixogen ağrılar, yuxusuzluq intiharın riskini artırır.
Yuxu pozulmaları və QİÇS intiharın riskini 2 dəfə, kəllə-beyin travması isə 9 dəfə artırır.
Bu araşdırmanın nəticələri intiharın profilaktikası üçün çox önəmlidir.
Son zamanlar intiharın statistikası bütün dünyada ildən ilə artır. Məsələn, ABŞ-da hər il təxminən 450 000 insan intihar edir. İntiharların ən aşağı göstəriciləri Səudiyyə Ərəbistandadır, ən yüksək göstəriciləri Cənubi Amerikada yerləşən dünyanın ən kasıb ölkələrdən biri olan Qayanadır. /saglamolun.az/