Fiziki fəaliyyət müəyyən növ xəstəliklərdən, o cümlədən, xərçəngdən qoruya bilər.
Belə ki, fiziki fəaliyyətdən sonra aktiv qan dövranı sayəsində orqanların qidalanması artır.
Spn araşdırmalar göstərib ki, aktiv olmaq ürək-damar xəstəliklərindən, 2-ci tip diabetdən və hətta bəzi xərçəng növlərindən qoruyur.
“Medicina” xəbər verir ki, terapevt Pavel Ramenskinin sözlərinə görə, insan bədənində fiziki fəaliyyət dövründə bərpa mexanizmləri işə salınır: qığırdaq toxumalarının bərpası, mikroçatların sağalması, antioksidantların və antiinflamatuar molekulların sərbəst buraxılması baş verir.
Hüceyrələrdə və DNT-də baş verən bu cür proseslər diabet, piylənmə, xərçəng, osteoporoz, Alzheymer xəstəliyi, depressiya və ümumiyyətlə, vaxtından əvvəl ölüm riskini azaldır.
Aydındır ki, oynaqlarınızı çox yükləməyə ehtiyac yoxdur, xüsusən də yaşlı bir insan üçün 100 kilometr məsafəyə velosiped sürmək arzuolunmazdır, hətta gəncliyinizdə belə təcrübələr keçirməyə ehtiyac yoxdur. Siz peşəkar idmançı deyilsiniz. Həmişə diqqətli olmaq lazımdır, amma orta normada fiziki aktivlik lazımdır”.
Aygün Musayeva