Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəzi region məktəbləri distansion təhsilə keçdi – Yoluxma çoxalır

  • 2021.09.23 16:15
  • 1582 Baxış
Bəzi region məktəbləri distansion təhsilə keçdi  – Yoluxma çoxalır


Rusiyanın bir çox region və əyalətlərində orta məktəblər qismən distansion tədrisə keçir.

Belə ki, Orenburq şəhərinin aşağı sinif şagirdləri distansiona keçirilib.

Medicina.az xəbər verir ki, bu qərara səbəb ekspertlərin təhsil ilinin başlamasının yoluxma statistikasına neqativ təsir etdiyini bildirməsi olub.

Payız mövsümü ilə bağlı respirator infeksiyaların da kovidə qarışıb, xəstəlik statistikasını qaldıracağı qaçılmazdır.

“ Epidemik vəziyyətin necə inkişaf edəcəyi yenə də insanların davranışından, nə dərəcədə tez vaksin olunmasından asılıdır. Mütləq maskaya davam edilməlidir. Məktəblərə aşağı siniflərdə maska və qorunma işlərinə nəzarət etmək çətindir. Ona görə əyani təhsilin pedaqoji kollektiv və uşaqları daha çox yoluxduracağını nəzərə alaraq, distansion təhsil daha təhlükəsizdir” – deyə Rusiyanın əməkdar həkimi Mixayil Kaqan bildirib.

Qeyd edilib ki, vaksinasiya yüksək olan regionlarda yoluxma intensivliyi azalır.

Anna Popova deyib ki, ölkədə milyinlarla yoluxmamış və ya vaksin olunmamış insanlar var. Ona görə dinamika azalmır.