Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəzi qidalardan başqa hər şey yeyirəm - 21 kq arıqlayan müğənni

  • 2021.12.28 14:59
  • 2119 Baxış
Bəzi qidalardan başqa hər şey yeyirəm -  21 kq arıqlayan müğənni
Bu yaxınlarda 21 kiloqram arıqlayaraq pərəstişkarlarını şoka salan Rusiyanın Xalq artisti 62 yaşlı Larisa Dolina qatar kupesindən qutab (çeburek) və qızardılmış yeməklərlə çəkilmiş video yayımlayıb.

Müğənni “Instagram” səhifəsindən etdiyi paylaşımında deyir ki, ona harmoniya və gözəlliyi qoruyub saxlamağa kömək edən məhz belə bir pəhrizdir:

“ Gecə yarısı ən qalın, ən qızardılmış, ən yağlı qutabı (çeburek) götürüb yeyirəm. Sonra da üstündən xrenovuxa içirəm (sərt araq növü)”

“Təsəvvür edirsiniz - bu mənim bədən quruluşumun və gözəlliyimin sirridir”, - deyə o vurğulayıb.

Dolina daha əvvəl 21 kiloqram arıqlamağı necə bacardığını danışarkən klinikaya getdiyini və həkimlərin ona qidalanma tövsiyələrini verdiklərini deyib. Məşhurun sözlərinə görə, qadağan olunmuş qidaların siyahısı onu çox təəccübləndirib - xüsusən də orada meyvə və giləmeyvə olub. Sənətçi sərt pəhrizdən əlavə, müddətli ac qalma qaydasına da əməl edib.