İdarə müdiri: “Bəzi müəllimlərin məktəbə gəlməsinə məhdudiyyətlər tətbiq edilə bilər”
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin özlərinin razılığı ilə məktəblərə gəlməsinə müəyyən məhdudiyyətlər tətbiq edilə bilər”.
Medicina.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim zamanı bildirib.
“Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq. Əsas hədəfimiz səhhətində heç bir problem olmayan təhsil işçilərinin bəhanəsiz şəkildə vaksin olunmasıdır”.