Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəzi kişilərdə niyə bığ-saqqal az çıxır?

  • 2023.03.27 19:20
  • 2437 Baxış
Bəzi kişilərdə niyə bığ-saqqal az çıxır?

Bir çox kişilər üz hissədə az və seyrək tüklənmədən şikayətlənir, trenddə olan sıx saqqal arzulayır.


"Medicina" xəbər verir ki, həkimlər kişilərdə üzdə tük seyrəkliyinin səbəblərini açıqlayıb.


Onlardan biri irsiyyətdir. Genetik meyillilik.

İkinci səbəb zərərli vərdişlər, spirt, siqaret, uzun müddətli stresli vəziyyətlər, yuxusuzluqdur.

Çox pivə içənlərdə də üzdə tüklənmə pozulur.

Çünki bu içki qadın hormonu estrogeninin istehsalına kömək edir ki, bu da kişinin üzündəki tüklərin daha da pisləşməsinə və qadın tipinə uyğun olaraq artıq çəkinin yığılmağa başlamasına səbəb olur.

Kişidə bığ-saqqala mane olan əsas səbəb hormonal pozğunluqlar ola bilər.


Aygün Musayeva