Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəzi insanlarda koronaya qarşı antitel 10 illərlə qala bilər

  • 2021.03.27 18:20
  • 3143 Baxış
Bəzi insanlarda koronaya qarşı antitel 10 illərlə qala bilər

Koronavirusa yoluxduqdan və ya peyvəndi vurduqdan sonra insanda virusa qarşı xüsusi qoruyucu antitellər yaranır. Amma bix çox adamlarda antitellərin ömrü az 5-6 ay, hətta cəmi 1-2 həftə qalıb sonra itdiyi halda, bəzi adamlarda onlar 10 il belə aktiv qala bilər.


Medicina.az xəbər verir ki, Sinqapur elmi mərkəzinin alimləri yeni elmi təcrübələrinin nəticələrini The Lancet dərgisində dərc ediblər.

Alimlər 6-9 ay ərzində koronavirusdan sağalan 165 pasiyenti izləyiblər, müntəzəm olaraq onlarda antitel analizi yoxlayıblar.

Onlar iştirakçıları 5 qrupa bölüblər:

12% neqativ qrupda antitel demək olar yaranmadı.

Tez yoxa çıxan qrupunda, yəni 27% pasiyentdə antitellərin səviyyəsi az idi və 1-2 həftə içində itib.

“Tədricən itən” qrupuna daxil 29% xəstədə qanda antitellər az səviyyədə olsa da 5-6-7 ay qalıb və tədricən azalıb.

“Davamlı və dözümlü” qrupda – 32%-də antitel yüksək olub və sağalandan 6 ay sonra da dəyişməyib.

Və nəhayət, cəmi 3% pasiyentin daxil olduğu şanslı “uzun müddətli reaksiya” qrupunda antitellər 3 ay sonra da artmağa davam edib və 1 il keçməsinə baxmayaraq, hələ də onların antiteli var.

Alimlər bildirir ki, xəstəliyi ağır keçirənlərdə antitellər daha güclü olur. Zəif və simptomsuz keçirənlər isə ilk 2 qrupa aid olur.