Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyninizin sizdən tələb etdiyi 5 şey – Ödəmədikdə, nə olur?

  • 2020.01.21 19:39
  • 11617 Baxış
Beyninizin sizdən tələb etdiyi 5 şey –  Ödəmədikdə, nə olur?

Hər bir orqan kimi beynin də öz tələbləri var. Bunlardan bəziləri çox maraqlıdır. Elə adam var, qeyri-iradi olaraq bunları edir, eləsi də var, beyninin nə istədiyini bilmir. Beyin bütün bədəni idarə etdiyi üçün, onun istədiklərini ona verməliyik.


Medicina.az beynimizin bizdən hər gün tələb etdiyi 5 şeyi aydınlaşdırıb.

1. Kofein və teanin – beyinə çox miqdarda lazımdır. Bunlar vasitəsilə o həm rahat, həm ayıq olur.

Kofein yaddaşı da yaxşılaşdırır, lakin onun da dozası var. Çox qəbul etdikdə, əsəb və gərginlik yaranır. Ona görə kofeinə teanin lazımdır ki, məhz bu aminturşusu gərginliyi, oyanıqlığı azaldır.

Bəs nə içməli: nə qəhvə, nə çay. Kofeinlə teaninin birlikdə olduğu təbii vasitə yaşıl çaydır. Onu gündə 3 fincan için.

2. Beyinə Günəş işığı lazımdır

Beyin əhval-ruhiyyənin mərkəzidir. Günəş işığı olmadıqda beyin də, ruh da kefsiz olur. Beyində gedən bir çox vacib proseslərə də günəş və onun sintez etdiyi D vitamini vacibdir. Ona görə göydə Gün görən kimi maksimum gəzin.

3. Polifenollar tapın

Xoşbəxt olmaq istəyirsizsə, polifenol antioksidantını tapıb beyinə verməlisiz. Bu isə kakaoda boldur. Əbəs yerə demirlər ki, depressiya zamanı şokolad ye. Amma biz məsləhət görərdik ki, elə təmiz kakao alıb içəsiz. Çünki kakaoda həyəcan və təşvişə cavabdeh reseptorları sakitləşdirən güc var.

Kakao qan dövranı, ürək-damar,diabet, insult, infarkt riskini də azaldır.

4. Beynin benzini Omeqa 3

Bədənimizin ümumi çəkisinin cəmi 2% qədər olan beyin orqanizmin istehsal etdiyi qlükozanın 25%-ni alır. Beyinin neyronları Omeqa 3 yağ turşusu ilə canlanır.

Hardan almalı: kətan, küncüt, qoz, losos, balıq və dəniz məhsullarından heç olmasa hər gün birini yeyin

5. Beyni kreatin işlədir

Bizim üçün gözlənilməz oldu: bəli, əzələ şişirdənlərin sevimli qidası olan kreatin beynin yaddaş və diqqət funksiyasını möhkəmləndirir.
Kretini qida əlavələri BAD-lar vasitəsilə qəbul edə bilərsiniz.