Divanda istrahət etmək günün çox hissəsini oturmaq və ya yatmaq təkcə orqanizm üçün deyil, beyin üçün də pis və zərərlidir.
“Medicina” xəbər verir ki, fiziki fəaliyyət zamanı ürək dərəcəsi yüksəlir. Bu da beyinə oksigen tədarükünü artırır. O, həmçinin beyin hüceyrələrinin böyüməsi üçün əla mühit təmin edən hormonların sərbəst buraxılmasına kömək edir. Qaçış, üzgüçülük, yüksək intensivlikli interval məşqləri, aerobika, velosiped sürmə və gəzinti xüsusilə yaxşıdır.
Qidalanma rejimini pozmaq təkcə vaxt məsələsi deyil, nə yediyimiz çox önəmlidir. Şəkər, qeyri-sağlam yağlar və digər birləşmələrlə zəngin olan ultra emal olunmuş qidalar beyin sağlamlığına mənfi təsir göstərə bilər. Rafine şəkərin yüksək qəbulu beyin hüceyrələrinə zərər verə bilən iltihaba və oksidləşdirici stressə səbəb ola bilər.
Özünə qapanmnağı vərdiş etmiş insanlar beynimizə zərər verə bilər. Yalnızlıq həm də narahatlıq, narahatlıq və depressiya hisslərinə səbəb olur. Bu da zehni fəaliyyət üçün zərərlidir.
Üzərinizə uzunmüddətli çoxlu vəzifə götürmək zehnin parçalanmasına səbəb olur. Sanki parçalara bölünür, bir neçə problemi eyni anda həll etməyə çalışır. Bu, dayaz düşüncə, zəif konsentrasiya və yaddaş, yorğunluq, narahatlıq və stress ilə nəticələnir.
Pis vərdişlər – adından bəlli olduğu kimi alkaqol, siqaret və s. beyinə və zehni yorğunluğa gətirib çıxardır. Əhval ruhiyyənin pisləşməsinə,yaddaş pozğunluğu, tarazlığın pozulması və.s səbəb olur.
Hər kəsə “yox” deyə bilməmək vərdişi ətrafımızdakı insanların dəstəyinin olmaması və zəhərli mühitlər, məsələn, emosional vampirlərin olduğu mühitlər beyinə zərərli təsir göstərir.
Bütün bunlar xroniki stress, narahatlıq, depressiya, bədbəxtlik, mənfi düşüncə, zehni elastikliyin olmaması, daha sürətli qocalma və tükənməyə meylliliyə gətirib çıxardır.
Yağlı balıq və onların tərkibindəki omeqa-3 turşusu tez-tez beyin üçün ideal qida adlandırılır - onlar təkcə ürək üçün deyil, həm də beyin üçün faydalıdır, Alzheimer xəstəliyinin inkişaf riskini azaldır. Omeqa-3 beyinə qan axını artırır, bu da yaddaşı dəstəkləyir və idrakın zəifləmə riskini azaldır.
Aynur Məmmədova