Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beynində hematoma tapılan şəhid anası xilas edildi

  • 2024.01.11 11:42
  • 911 Baxış
Beynində hematoma tapılan şəhid anası    xilas edildi

İkinci Qarabağ müharibəsi şəhidi Taleh Həməşəyevin anası Tamara Həməşəyeva 26.10.2023-cü il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinə huşsuz vəziyyətdə gətirilib. Gətirilən zaman heç bir ağrıya və qıcığa cavab vermirdi. Xəstəlik yüksək təzyiq və emosional gərginlik fonunda baş vermişdir.


"Medicina, şəhid anasında KT, EEQ və bütün laborator müayinələr zamanı iri həcmli beyindaxili hematoma aşkarlanıb və o, vəziyyətinin ağırlığına görə Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstə 1 aya yaxın komatoz vəziyyətdə Reanimasiya şöbəsində müalicə alıb.


Vəziyyəti stabilləşdikdən sonra 01.11.2023-cü il tarixdə Terapiya şöbəsinə köçürülüb. Təyin olunmuş medikamentoz və fizioterapevtik müalicələr nəticəsində xəstənin hərəkəti və nitqi nisbətən bərpa olunub. Şəhid anası ambulator müalicəyə buraxılıb.

Aygün Musayeva