Beyin insan orqanizmində ən mürəkkəb orqandır. Sinir sisteminin mərkəzi vəzifəsini icra edir. Əgər hər hansı problem yaransa, həyatımıza son qoyular. Beyin xəstəlikləri deyildikdə ilk öncə şişlər yada düşür. Bu da müalicə edilməzsə, ölümcül nəticə verir.
"Beyin xərçəngi” eşidəndə belə qulağa tükürpərdən gəlir.
Medicina.az xəbər verir ki, belə şişlərdən 25 dənəsi Heidi Spencein başında vardı. Həkimlər qadına 6 ay ömrünün qaldığnı demişdilər.
45 yaşlı qadın həkimlərin hökmünə qarşı getməyi bacardı. O, hansı dərmanın ona müsbət təsir edəcəyi barədə geniş araşdırmalara başladı, müxtəlif testlər etdirdi. Yoxlamalar İngiltərənin qabaqcıl xərçənglə mübarizə xəstəxanalarının birində tətbiq edildi.
Müalicə ərəfəsində məlum oldu ki, artıq 5 gen mutasiyaya uğrayıb. Bunlardan ikisində müalicə vardı. Beləliklə, 3 ay içində beynində olan bütün şişlər yoxa çıxdı.
Sümüklər və ağciyərlərindəki şişlərdə isə kiçilmə müşahidə edildi. Heidinin çıxdığı bu məşəqqətli yolda ailəsi ona hər zaman dəstək oldu. Onun sözlərinə görə bütün dərmanlarda fərdi reaksiyalar nəzərə alınmalıdır.
O deyir: " Mütləq öz orqanizmini dəqiq tanımalısan. Ən önəmlisi də psixoloji dəstəkdir. Çünki bu, müalicə ilə eyni anda olsa mükəmməl nəticə almaq olur. Xəstəliyiniz barədə diaqnoz alan kimi bədbinliyə düşməyin. Mütləq geniş elmi araşdırmalara başlayın. Özünüz öz həkiminiz olun”.
Ayna Məmmədova
Medicina.az